SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən zəngin adamı olan 52 yaşlı İlon Mask iki dəfə evlənib boşandığı 34 yaşlı britaniyalı aktrisa Talulah Raylinin toyunda iştirak edib.

BAKU.WS xəbər verir ki, Raylinin britaniyalı aktyor Thomas Brodie-Sangster ilə İngiltərədəki toyuna Mask öz şəxsi təyyarəsi gedib.

11 uşaq atası olan Mask ötən il sosial media saytı X-də cütlüyün nişan xəbərinə təbrik mesajı göndərmişdi.

Xatırladaq ki, Mask və Rayli ilk dəfə 2010-cu ildə evləniblər və 2012-ci ildə boşanıblar, sonra 2013-cü ildə yenidən evlənsələr də 2016-cı ildə təkrar boşanıblar. Keçmiş cütlüyün uşaqları yox idi.

BAKU.WS
QALEREYA