ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib
Siyasət 21

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirərək dörd fiziki və 44 hüquqi şəxsi daxil edib.

BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, məhdudiyyətlər İran vətəndaşlarına, eləcə də İran, BƏƏ, Çin, Türkiyə və Marşal adalarında qeydiyyatdan keçmiş şirkətlərə şamil edilib.

Siyahılara daxil edilənlərin İran Silahlı Qüvvələrinin kölgə bank şəbəkəsi ilə əlaqəli olduğu iddia edilir. Bu şəbəkə xaricdə əldə edilən gəlirləri gizlətməyə imkan verir və sonradan vəsaitlər, məsələn pilotsuz uçuş aparatları kimi qabaqcıl silah sistemlərinin inkişafı üçün istifadə edilir.

Son xəbərlər