Konqoda silahlı şəxslər 23 nəfəri öldürüb
22
iyn
2024
21:12
Konqo Demokratik Respublikasının (DRC) şərqindəki bir neçə kənddə bu həftə ən azı 23 nəfər öldürülüb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi İturi əyalətinin yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
“Konqonun İnkişafı naminə Kooperativi”nin (CODECO) silahlı qüvvələri kəndlərə hücum edərək, sakinləri öldürüb və evləri yandırıb.
Səlahiyyətlilərə görə, hücumun səbəbləri məlum deyil.
CODECO 20 ildən çox əvvəl Konqo Demokratik Respublikasının şərq bölgələrində yaşayan Lendu xalqının silahlı şəxslərindən yaranıb.
Oxşar xəbərlər
BMT sülhməramlılarını Konqo Demokratik Respublikasından çıxarmağa başlayıb
BMT sülhməramlılarının Konqo Demokratik Respublikasından (KDR) çıxarılmasına başlanılıb. “Report”un AFP-yə istinadən verdiyi məlumata görə, bunu Konqonun xarici...