BMT sülhməramlılarını Konqo Demokratik Respublikasından çıxarmağa başlayıb
BMT sülhməramlılarının Konqo Demokratik Respublikasından (KDR) çıxarılmasına başlanılıb.
“Report”un AFP-yə istinadən verdiyi məlumata görə, bunu Konqonun xarici işlər naziri Kristof Lutundula Apala deyib.
Onun sözlərinə görə, prosesin cari ilin sonuna kimi yekunlaşacağı gözlənilir.
BMT sülhməramlıları 16 ölkəni birləşdirən Cənubi Afrika İnkişaf Birliyinin döyüş bölmələri ilə əvəz olunacaq.
Artıq Cənubi Afrika və Tanzaniyadan olan qabaqcıl hərbi mütəxəssislər qrupları ölkənin şərqinə yerləşdirilib. Yeni bölmələr hökumət qüvvələri ilə birlikdə Konqo ərazisində üsyançılarla döyüşlərdə iştirak edəcək.
Oxşar xəbərlər
Konqoda leysan yağışlar, torpaq sürüşməsi və sel 60 nəfərin həyatına son qoyub - FOTO
Konqo Demokratik Respublikasında leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub. BAKU.WS xəbər verir ki, təbii fəlakətdə ən azı 60 nəfər həyatını itirib...