Konqoda leysan yağışlar, torpaq sürüşməsi və sel 60 nəfərin həyatına son qoyub - FOTO

Konqoda leysan yağışlar, torpaq sürüşməsi və sel 60 nəfərin həyatına son qoyub - FOTO
Foto
Siyasət 0

Konqo Demokratik Respublikasında leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub.

BAKU.WS xəbər verir ki, təbii fəlakətdə ən azı 60 nəfər həyatını itirib, axtarış-xilasetmə işləri davam edir.

Belə ki, Konqo Demokratik Respublikasının şərqindəki Cənubi Kivu əyalətinin mərkəzi Bukavuda çərşənbə axşamı gecədən yağan güclü yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olub.

Bukavu rəsmisi Emmanuel Majivuno Kalimba açıqlamasında bildirib ki, yağış yağanda əsas su yolu bəzən tullantılarla bağlanır, buna görə də ərazi su altında qalır və evləri su basır.

Qeyd edək ki, sentyabrdan may ayına qədər davam edən yağışlı mövsümdə Konqo Demokratik Respublikasında daşqınlar və torpaq sürüşmələri tez-tez baş verir və onların nəticələri çox vaxt dağıdıcı olur.

Son xəbərlər