SİZİN REKLAM BURADA!
055 213 76 73


“Pakistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağa hazırdır”.

“Report” xəbər verir ki, bunu Xantı-Mansiyskdə keçirilən beynəlxalq İT forumunda çıxış edən Pakistanın Rusiyadakı səfiri Məhəmməd Xalid Camali deyib.

“Pakistan prinsipcə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmağa razıdır və müvafiq prosedura başlayıb. Biz bu istiqamətdə irəliləyirik, - səfir əlavə edib.

Diplomat Pakistanın Böyük İpək Yolu marşrutunu canlandırmaq niyyətindən də danışıb: “Biz tarixi İpək Yolunu canlandırmağa çalışırıq. Pakistanın sitrus meyvələrinin ilk partiyası İran və Azərbaycandan Dağıstana çatdırılıb. Bu yeni marşrut artıq 1 milyard dollara çatan ticarət həcmini artırmaq üçün imkanlar açır”.

Qeyd edək ki, “Şimal-Cənub” dəhlizi Süveyş kanalına alternativ kimi nəzərdən keçirilir. Dəhlizin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İrandan keçir. Hazırda dəhlizboyu daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir.

BAKU.WS