SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni və bəstəkar Sinan Akçıl ilk dəfə sevgililərindən ayrılıq səbəbini açıqlayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, verilişlərdən birinə qonaq olan ifaçı sevgililəri - müğənnilər Hadise, Hande Yener, aktrisalar Aleyna Kalaycıoğlu, Burcu Kıratlı, Müjde Uzmandan müxtəlif səbəblərdən dolayı ayrıldığını deyib.

Sinan bildirib ki, aktrisa Burcu Kıratlı hədsiz qısqanc olub. Onunla boşandıqdan sonra ciddi bir münasibəti olmayıb.

Akçıl aktrisa sevgilisi Müjde Uzmanla zəhərli bir münasibət yaşadığını deyib:

"Uzun müddətdir danışmırıq, aradabir sonra ona gülməli mesajlar yazıb göndərirəm. O da mənə mahnı haqqında suallar verirlər. Bəlkə də onun istədiyi kimi sevgili ola bilmədim. Amma Müjde yaxşı gəlirdi mənə... Fikir ayrılıqlarımız var idi, həyatı fərqli görürük.

Müjdə çox həssas bir qızdır. Mən də tam əksinə bir adamam".

Müğənni Hadisə ilə eşq münasibətindən danışan Sinan onunla yaşadıqları üçün hələ də xoşbxət olduğunu bildirib.

"Hadise ilə çox ciddi bir sevgi yaşadıq. Həmin vaxt o 23, mən isə 26 yaşında idim... İlk "Altın Kelebek" mükafatımı aldım. Biz istirahətə Santoriniyə getmişdik, sevincimizdən bir-birimizlə əl-ələ tutub hovuza baş vurduq. Onunla belə gözəl anlar yaşadıq. Bacısı məni istəmirdi. "Avroviziya"da yaşıl sahə var idi, Hülya Açıkgöz məni ora qəbul etmədi. Əsəbiləşdim, çıxdım, bir restoranda oturub yarışmanı izlədim. Bu mahnının sözləri və musiqisi mənə aid idi! Nəhayət, təslim oldum. Ailəyə qarşı mübarizə aparmaq olmaz".

Sinan Aleynanın Kalaycıoğlunun sevgilisindən ayrılıb onunla münasibət yaşadığını etiraf edib:

"Onun "Survivor"dan bir sevgilisi var idi. Onunla ayrılmaqda çətinlik çəkdi. Mənimlə olmaq istəyirdi. Dəliqanlılıq etdi. Onu bitirdikdən sonra biz münasibətə başladıq.  

Akçıl Hadise ilə sevgili olduğu müddətdə müğənni Hande Yenere aşiq olduğunu bildirib:

"Hadisə ilə birlikdə olduğum müddətdə başqasına, Hande Yenerə aşiq oldum. Başqası məni enerjisi ilə çəkdi. Daha sonra onunla üç albom hazırladıq. Hande həyatımda rastlaşdığım ən sadə qadındır. Bir dəfə də olsun arxamızdan heç nə demədi".

BAKU.WS