SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Çanaqqala vilayətində dünən axşamdan başlayan meşə yanğını məhdudlaşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı məlumat verib.

***09:29

Türkiyədə, Çanaqqalanın Eceabat rayonunda əkinçilik sahəsi və meşə sahəsində başlayan yanğın şiddətlə yayılıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hazərda yanğının söndürülməsi üçün intensiv iş aparılır.

Eyni zamanda İzmir, Uşak və Manisada da yanğınların baş verdiyi bildirilir.

Ətrafdakı bir çox yaşayış məntəqəsindən tüstüləri görünən yanğının baş verdiyi yerə Çanaqqala Meşə Regional Müdirliyi tərəfindən briqadalar göndərilib.

Yanğına 9 helikopter və 6 təyyarə ilə havadan müdaxilə edilib, hava qaraldıqca 1 gecəgörmə vertolyotu, 94 su maşını və iş maşınlarından ibarət yerüstü nəqliyyat vasitəsi ilə 540 personal müdaxilə edib.

Bildirilib ki, Eceabat rayonundakı Büyükanafarta kəndi yanğınla əlaqədar ehtiyat tədbiri olaraq boşaldılıb. Bundan əlavə, Kumköy və Büyükanafarta kəndləri arasındakı yol nəqliyyata bağlanıb.

BAKU.WS
QALEREYA