Çanaqqalada şiddətli meşə yanğını: 8 təyyarə, 26 helikopter cəlb edildi - FOTO/VİDEO

Türkiyənin Çanaqqala şəhərinin Kayadere ərazisində baş verən şiddətli meşə yanğını davam edir.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, yanğının söndürülməsinə 8 təyyarə, 26 helikopter, 240 ədəd suçiləyici, 71 su tankeri cəlb edilib.
Rayonun 9 kəndində ümumilikdə 337 təsərrüfat və 1 251 nəfər ehtiyat tədbiri olaraq təxliyə edilib.
Yanğın zamanı 7 ev yanıb, tüstüdən zərər çəkən 48 nəfərə tibbi yardım göstərilib.
Tüstüdən təsirlənən çoxlu sayda yaşlı və xəstənin yaxınlıqdakı xəstəxanalarda müalicə olunduğu bildirilir.
Sarıcaeli kəndinin qocalar evindən 72 vətəndaş təxliyə olunub.
Həmçinin, Çanaqqala boğazı ikitərəfli dəniz nəqliyyatı üçün bağlıdır.
Küləyin təsiri ilə böyüyən yanğına nəzarət etmək üçün havadan və qurudan işlər davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Türkiyənin bir neçə vilayətində meşələr yanır - VİDEO
Türkiyənin bir neçə vilayətində meşə yanğınları baş verib. “Haber Global”ın verdiyi məlumata görə, Mersinin Gülnar rayonunda meşə sahəsində yanğın başlayıb. Kav...
