SİZİN REKLAM BURADA!
055 213 76 73


Litva Ukraynanın hərbi təlimatçıların göndərilməsi ilə bağlı müraciətini nəzərdən keçirir.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Finlandiyada səfərdə olan Baltikyanı ölkənin xarici işlər naziri Qabrielius Landsberqis STT agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda layihənin gedişi ilə bağlı texniki səviyyədə danışıqlar aparılır.

Landsberqis vurğulayıb ki, söhbət hərbi təlimatçıların Ukraynaya qayıtmasından gedir, onlar müharibə başlamazdan əvvəl də orada idilər. Onun sözlərinə görə, Ukraynaya dəstəkdən söhbət gedərkən Qərb bütün variantları masada saxlamalıdır.

BAKU.WS