"Bayern"dən daşqın qurbanlarına 1 milyonluq yardım
04
iyn
2024
15:15
"Bayern" futbol klubu Almaniyanın cənubunda daşqın qurbanlarına 1 milyon avro yardım edib.
BAKU.WS xəbər verir ki, klub bu vəsaitin dəqiq necə istifadə olunacağına yaxın vaxtlarda qərar verəcək.
Qeyd edək ki, Almaniyanın cənubunda yerləşən Bavariya və Baden-Vürtemberq vilayətlərində yağan leysan güclü daşqınlar əmələ gətirib. Hadisə nəticəsində ölən və itkin düşənlərin olduğu bildirilir.
Xatırladaq ki, Münhen təmsilçisi 2023/2024 mövsümündə Bundesliqa turnir cədvəlində üçüncü yeri tutub.
"Bayern" bu mövsüm bir dəfə də olsun kubok qazanmayıb.
Oxşar xəbərlər
Almaniyada tərkibində "Viaqra" olan türk balı müsadirə edildi
Almaniyanın Baden-Vürtemberq əyalətinin Biberax an der Riss şəhərinin gömrükçüləri supermarketdə Türkiyədən gətirilən və tərkibində "Viaqra"nın təsiredici maddə...