SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi bildirib.

Qeyd olunub ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Saat 02:03-də qeydə alınmış zəlzələnin episentri ölkənin Oni şəhərindən 9 km cənub-şərqdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

BAKU.WS