SİZİN REKLAM BURADA!
055 213 76 73


Şahzadə Diananın paltarları hərraca çıxarılacaq.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu 1997-ci ildən indiyə qədər təşkil edilən ən böyük hərrac olacaq.

150 geyim ABŞ-də Los-Ancelesdə nümayiş olunacaq.

Hərrac iyunun 27-də keçiriləcək. Hərraca çıxarılan əşyalar arasında ən diqqət çəkəni Diananın 1986-cı ildə "Operadakı Ruh" tamaşasına geyindiyi libasıdır.

Onun 200-400 000 dollar (təxminən 340-680 000 AZN) aralığında satılacağı bildirilib.

Burada daha əvvəl hərraca çıxarılmayan ayyaqqabı, çanta və şlyapalar da olacaq.

Flamenko tərzində olan və Ketrin Uolker tərəfindən hazırlanan çiçəkli geyimin qiyməti isə 200 000 dollardır (təxminən 340 000 AZN).

Xatırladaq ki, dünyada zərifliyi və yardımsevərliyi ilə tanınan Diananın ölümündən 27 il keçsə də, o unudulmayıb. 

BAKU.WS
QALEREYA