Ərdoğan: Türkiyə FETÖ-nü son nümayəndəsi tutulana qədər təqib edəcək
Türkiyə hakimiyyəti FETÖ terror təşkilatının son nümayəndəsi məsuliyyətə cəlb olunana qədər onun tərəfdarlarını təqib edəcək.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ədliyyə orqanlarının nümayəndələri ilə görüşündə deyib.
O qeyd edib ki, Türkiyədə çevrilişlərin vaxtı keçib və gec-tez onların iştirakçıları məsuliyyətə cəlb olunublar:
“Xalqın iradəsinə qarşı çıxanlar, demokratiyaya əl qaldıranlar cəzalandırılıblar. Türkiyə məhkəmələri 12 sentyabr (1980), 28 fevral (1997), 15 iyul (2016) hadisələrində iştirak edən sui-qəsdçilərə hökm oxudular. 253 vətəndaşımızı öldürənlər heç vaxt gün işığı görməyəcək”.
Oxşar xəbərlər
Putin və Ərdoğanın birgə mətbuat konfransı - YENİLƏNİB - VİDEO
Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin mətbuat nümayəndələri qarşısında açıqlamalar verirlər. ***16:01 Rusiya...