Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO

Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
Video
Siyasət 218

Slovakiyanın Baş naziri Roberto Fitso Avropada ilk liderdir ki, 2003-cü ildən sonra sui-qəsdə məruz qalır.

BAKU.WS xəbər verir ki, sonuncu dəfə Serbiyanın baş naziri Zoran Cinciç 2003-cü ilin martında atışmada öldürülüb.

Bu gün Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı sinə, qarın və ətraf nahiyyələrindən güllə yarası alıb. Sui-qəsd nəticəsində yaralanmış Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır qiymətləndirilir

Qeyd edək ki, Slovakiyanın Baş naziri Roberto Fitsoya qarşı sui-qəsd cəhdində müxalif Tərəqqiçi Slovakiya Partiyasının tərəfdarı Yuray Çintula şübhəli bilinir.

Müxalifətdəki Tərəqqiçi Slovakiya Partiyasının üzvləri Baş nazir Roberto Fitsoya sui-qəsd cəhdində şübhəli bilinən şəxsin onların partiyasının üzvü olması ilə bağlı yayılan xəbərləri təkzib ediblər.

Son xəbərlər