Slovakiyanın baş nazirinin vəziyyəti pisləşdi: Komaya düşdü - YENİLƏNİB - FOTO

Slovakiyanın baş nazirinin vəziyyəti pisləşdi: Komaya düşdü  - YENİLƏNİB - FOTO
Foto
Siyasət 330

Slovakiyanın Baş naziri Robert Fitso süni koma vəziyyətinə salınıb.

“Onun vəziyyəti ağırdır”, - deyə Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.

Qeyd edək ki, Fitsonun uğurla əməliyyat olunduğu və vəziyyətinin stabil olduğu barədə məlumatlar təsdiqlənməyib. Baş nazirin daxili orqanları zədələnib.

Mənbə: Sputnik

***18:47

Sui-qəsd nəticəsində yaralanmış Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti ağır qiymətləndirilir və bu səbəbdən o, təcili olaraq Banska-Bistritsa şəhərinə aparılacaq.

"Report" xəbər verir ki, bu barədə onun sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.

***17:35

Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı yaralanıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, yaralanaraq xəstəxanaya aparılıb. Məlumatı ölkə prezidenti təsdiqləyib.

Məlumata görə, dörd atəş açılıb və biri Robert Fitsoya dəyib.

Bildirilir ki, hücum edən şəxs saxlanılıb və onun hərəkətinin motivləri məlum deyil.

Son xəbərlər