SİZİN REKLAM BURADA!
055 213 76 73


Şahzadə Harrinin həyat yoldaşı Meghan Markl, "Amerika Riviera Orchard" yeni brendinin bir hissəsi olaraq mürəbbələrini təqdim edib. Sussex hersoginyası mürəbbə brendini təqdim etdikdən bir neçə gün sonra Bukinqem Sarayı öz çiyələk mürəbbəsi reklamını buraxaraq Markla rəqib olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Meghan Markl "American Riviera Orchard" brendi adı altında yemək kitabları və mətbəx məhsulları, həmçinin mürəbbə və marmelad kimi qida məhsulları satır.

Meghanın məhsullarında bir çoxlarının kral gerbinə heyrətamiz bənzərliyi ilə diqqət çəkən bir loqo var.

Hal-hazırda cəmi 50 ədəd istehsal edildiyi açıqlanan çiyələk mürəbbəsi, üzərində Meghanın şəxsi əl yazısı ilə məşhurlara bankaların sayı göstərilməklə göndərildi.

Sosial media fenomenləri  müxtəlif paylaşımlarla hersoginyaya təşəkkür ediblər.

Bukinqem Sarayının rəsmi mağazası Meghan Marklın tanıtım hərəkətindən dərhal sonra sarayın çiyələk mürəbbəsi brendi üçün reklam çarxını yayımladı.

Çərşənbə səhəri sarayın rəsmi “Instagram” hesabında yayımlanan reklamda kruvasanlar və tostların üzərinə çiyələk mürəbbəsi sürən qadın əli görünüb.

Mürəbbənin "Britaniya meyvələrinin ən yaxşısı"ndan istifadə edilərək hazırlandığını bildirən reklam "Çiyələk mürəbbənizi necə bəyənirsiniz? Şərhlərdə bizə bildirin!" sualı ilə bitir.

Bir banka mürəbbənin 4 sterlinqə başa gələcəyi bildirilib.

BAKU.WS
QALEREYA