SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa Parlamentinin (AP) italiyalı üzvü Canantonio da Re ölümcül Qərbi Nil virusunun Avropada yayılması ilə bağlı xəbərdarlıq edib.

BAKU.WS lenta.ru-ya istinadən Avropa Parlamentinin deputatının Avropa Komissiyasına (AK) müraciətinin mətnini təqdim edir:

“Avropa Qida Təhlükəsizliyi Təşkilatının son hesabatından əldə edilən statistik məlumatlara görə, Avropa İttifaqında Qərbi Nil virusuna yoluxma hallarının sayı kəskin artıb. Qərbi Nil virusu Avropada ağcaqanad dişləməsi ilə ötürülür.

2022-ci ildə Avropa 2021-ci ildəkindən təxminən 7 dəfə çox olmaqla, 1133 hadisə ilə indiyə qədər ən yüksək yoluxma mövsümlərindən birini qeydə alıb”, - da Re məktubun mətnində bildirib.

“Virusun nəzərəçarpacaq dərəcədə yüksək ölüm və xəstəxanaya yerləşdirilmə nisbətinə malik olduğunu nəzərə alsaq (92 ölüm və bütün yoluxmuşların demək olar ki, 87 faizi xəstəxanaya yerləşdirilib), Avropa Komissiyası aşağıdakı suallara cavab verə bilərmi: Qərbi Nil virusunun Avropada sürətlə yayılmasından xəbərdardırmı? Onun yayılması ilə necə mübarizə aparmaq niyyətindədir?”, – deyə müraciətin müəllifi soruşub.

BAKU.WS