SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Prezidenti Cozef Bayden ölkədə "TikTok"u qadağan edən qanun imzalayıb.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

Qanuna əsasən, "TikTok"un sahibi olan "ByteDance" şirkətinə tətbiqdən imtina etmək üçün doqquz ay vaxt verilir, əks halda o, ABŞ-də bloklanacaq.

Beləliklə də, çinlilərin ultra-populyar sosial şəbəkənin satışı ilə bağlı razılığa gəlmək üçün bir ilədək uzatmaq imkanı ilə doqquz ay vaxtı var. Bu müddətdə satış baş tutmasa, sosial şəbəkəyə giriş bağlanacaq.

Qeyd edək ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası platformanın qadağan edilməsi imkanını nəzərdə tutan qanun layihəsini qəbul edib.

BAKU.WS