Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
23
apr
2024
20:46
Baykal-Amur Magistral xəttinin (BAM) ötürmə qabiliyyəti son 12 ildə 3 dəfə artıb və artmaqda davam edir.
“Report” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BAM-ın 50 illik yubileyi münasibətilə dövlət mükafatlarının təqdim edilməsi mərasimində deyib.
V.Putin qeyd edib ki, növbəti 10 ildə BAM və Trans-Sibir dəmir yolunu birləşdirən Şərq poliqonu ilə daşımaların həcmi ildə 270 milyon ton səviyyəsinə çatmalıdır:
“Bu il BAM və Trans-Sibir dəmir yolunun inkişafının növbəti - üçüncü mərhələsi başlayır”.
Oxşar xəbərlər
Rusiyada benzin qıtlığı yarana bilər - FOTO
“Rusiyanın neft emalı sənayesi yayda ölkədə benzin qıtlığına səbəb ola biləcək ciddi problemlərlə üz-üzədir”. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barə...