SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin 8 vilayətində "Bozdoğan - 28" əməliyyatı keçilirib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Əməliyyatların Tunceli, Şırnak, Bingöl, Mardin, Diyarbəkir, Bitlis, Siirt və Hatayda aparıldığı açıqlanıb.

O bildirib ki, terror təşkilatına mənsub terrorçuların mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah-sursat və partlayıcı maddələrin məhv edilməsi məqsədilə təşkil edilən əməliyyatlarda 82 mağara və sığınacaqlar məhv edilib.

Əməliyyatlar zamanı çoxlu silah-sursat və partlayıcı maddə, o cümlədən 15 ədəd kustar üsulla hazırlanmış partlayıcı (PUA) və onların cihazları, 859 ədəd müxtəlif diametr və ölçüdə döyüş sursatı, 9 ədəd ov tüfəngi və 7 ədəd əl qumbarası ələ keçirilib.

[media=https://x.com/aliyerlikaya/status/1782274277443571996?s=46]

BAKU.WS