19 vilayətdə "BOZDOĞAN-25" əməliyyatı: 49 nəfər saxlanıldı - VİDEO
Türkiyənin 19 vilayətində separatçı terror təşkilatına qarşı keçirilən "Bozdoğan-25" əməliyyatlarında 49 şübhəli ələ keçirilib.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
O, əməliyyatların İstanbul, Adana, Şanlıurfa, Şırnak, Ağrı, Batman, Biləcik, Ərzurum, Düzce, Ədirnə, Əskişəhər, Qaziantep, Kahramanmaraş, Kilis, Kocaeli, Manisa, Muş, Samsun və Siirtdə aparıldığını bildirib.
Yerlikaya şübhəlilərin "sosial media hesabları vasitəsilə terror təşkilatı təbliğatı aparmaq", "terror təşkilatına üzv olmaq" və "terror təşkilatına yardım" cinayətlərini törətdiklərinin müəyyən edildiyini bildirib.
1️⃣9️⃣ ilde Bölücü Terör Örgütüne (BTÖ) yönelik Jandarma tarafından düzenlenen “BOZDOĞAN-25”operasyonlarında 4️⃣9️⃣ şüpheli yakalandı❗️
— Ali Yerlikaya (@AliYerlikaya) April 14, 2024
Aziz milletimizin bilmesini isterim ki;
Birlik ve bütünlüğümüze kasteden hiçbir terör örgütüne göz açtırmayacağız. Güvenlik güçlerimizin üstün… pic.twitter.com/KJOCQroIko
Oxşar xəbərlər
Türkiyədə İŞİD-ə qarşı "BOZDOĞAN-22" əməliyyat: Saxlanılanlar var - VİDEO
Türkiyənin dörd vilayətində eyni vaxtda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. BAKU.WS-in xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Y...