SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin paytaxtı Ankarada yaşayan Necla Özmen 2016-cı ildə idman zalında bir gənclə tanış olub.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Qadının ittiham etdiyi gəncin ondan aldığı pulla başqası ilə evləndiyi iddia edilir.

Ailə problemləri yaşadığı bir vaxtda həyatına girən və ona baxacağını deyən şəxsin sözlərinə inanan Özmen bütün mal varlığını gənc oğlana əmanət edib.

Qadının etibarından sui istifadə edərək ailəsinin içinə kimi girən gənc Necla Özmeni aldadıb. Bir ömür xoşbəxt yaşayacaqlarını düşünən Necla Özmen gənc sevgilisinin dediyi hər şeyi yerinə yetirib.

Hətda qadın gəlinliyinin də hazır olduğunu bildirib.

Fırıldaqçı olduğu iddia edilən gənc "Maddi problemim var. Ailəm mənə pul vermir, dəstək yoxdur. Kredit kartlarım borcludur" deyərək əvvəlcə Necla Özmenin adına iki dəfə kredit götürüb. N.Özmen daha sonra gənc sevgilisinə 50 min avro, 850 dollar və anasının qızıllarını verib.

İddiaya görə, N.Özmenin əlində olan hər şeyi alan gənc 2 milyon lirə ilə birlikdə yoxa çıxıb.

Bütün pullarını itirən N.Özmen aldığı xəbərlə ikinci dəfə şok yaşayıb. N.Özmen hər şeyini verdiyi gənc sevgilisinin başqası ilə evləndiyi xəbərini eşidib.

Bütün bunlardan sonra hüquqi mübarizəyə başlayan N.Özmen heç bir nəticə əldə edə bilməyib.

BAKU.WS