Bu futbolçular gecə klubunda 10 000 dollar hesab ödədilər - FOTO

Bu futbolçular gecə klubunda 10 000 dollar hesab ödədilər - FOTO
Siyasət 914

“Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi və həyat yoldaşı Vanda Nara ötən gün gecə klublarından çıxarkən görüntüləniblər.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, onların yanında "Qalatasaray"ın digər üzvü Lucas Torreira da yer alıb.

Bu futbolçular gecə klubunda 10 000 dollar hesab ödədilər - FOTO

Bir qrup dostları ilə əylənən futbloçular xeyli diqqət çəkiblər. Gecə klubundan çıxarkən azarkeşlərindən biri İkardi ilə foto çəkdirib.

Ətrafdakı “Qalatasaray”lı azarkeşlər isə "Biz səni sevirik İkardi" deyərək şüarlar səsləndiriblər.

Futbolçuların həmin gecə klubunda 10 000 dollar (təxminən 17 000 AZN) hesab ödədiyi ortaya çıxıb.

Bu futbolçular gecə klubunda 10 000 dollar hesab ödədilər - FOTO

Son xəbərlər