İkardinin xanımı göz yaşları içində: "Gücüm qalmayıb" - FOTO

İkardinin xanımı göz yaşları içində: Gücüm qalmayıb - FOTO
Foto
Siyasət 1

"Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara İtaliya televiziyasına müsahibə verib.

BAKU.WS xəbər verir ki, ölkədə yayımlanan rəqs proqramının iştirakçıları arasında olan Nara xəstəliyinin onu fiziki cəhətdən yormasını izah edərkən göz yaşlarını saxlaya bilməyib:

“Hər bir xoreoqrafiyanı ifa etmək üçün tələb olunan məşq çox yorucudur. Həqiqətən də gücüm qalmayıb. Məşqləri bitirəndə yoruluram. Məşqlər saatlarla davam edir. Mən rəqs edirəmsə, bu, yaxşı olduğumu göstərmək üçündür. Müsabiqə üçün həkimlərin icazəsini aldım. Həqiqət budur ki, mən yaxşıyam, amma xəstəliyimə görə bir az yorğunam".

Qeyd edək ki, Vanda Nara ailəsindən ayrı qalmaqda çətinlik çəkdiyini də dilə gətirib.

Son xəbərlər