Ukraynada toz fırtınası nəticəsində iki nəfər ölüb

Ukraynada toz fırtınası nəticəsində iki nəfər ölüb
Siyasət 2

Ukraynada toz fırtınası nəticəsində ölənlər və yaralananlar var.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

“Ukraynanın Çerniqov vilayətində iki nəfər ölüb. Dnepropetrovsk vilayətində 3 nəfər, Kiyev və Çerniqovda isə 2 nəfər yaralanıb. 63 obyektə ziyan dəyib. 22 yaşayış məntəqəsində elektrik cərəyanı kəsilib”, - məlumatda bildirilib.

Son xəbərlər