Ukraynada mer öz evində ölü tapılıb
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinin meri Konstantin Pavlovun meyiti tapılıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Strana" internet nəşri məlumat yayıb.
"Dnepropetrovsk vilayətinin valisi Valentin Rezniçenko Konstantin Pavlovun ölümünü təsdiqləyib", - nəşr xəbər verir.
Valinin sözlərinə görə, Pavlovun meyiti evin eyvanında tapılıb, yaxınlıqda ov tüfəngi olub. Hazırda onun ölümünün səbəbi müəyyənləşdirilir.
48 yaşlı K.Pavlov ikinci çağırış Ali Radanın deputatı idi. 2020-ci ilin dekabr ayında Krivoy Roqun meri təyin edilib.
Qeyd edək ki, Krivoy Roq Ukrayna prezidenti Vladimir Zelenskinin doğma şəhəridir.
Oxşar xəbərlər
Türkiyədə dəhşət - Evdə ölü tapılan 21 yaşlı qıza 29 nəfər təcavüz edib - VİDEO
Türkiyənin Kocaeli bölgəsində rəfiqəsinin evində ölü tapılan gənc qız haqqında dəhşətli faktlar ortaya çıxıb. BAKU.WS “haberler.com”a istinadən xəbər verir ki,...