SİZİN REKLAM BURADA!
055 213 76 73


"Arka Sokaklar" serialının tanınmış aktyoru Özgür Ozan paylaşımı ilə diqqət çəkib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, rol aldığı serialın 666-cı bölümününün nümayiş olunduğunu bildirən Özgür xarici görünüşünün xeyli dəyişdiyini qeyd edib.

Öz dəyişiminə səssiz qalmayan aktyor 2008-ci ildən bu günə qədər inanılmaz dərəcədə dəyişdiyini bildirib.

Xatırladaq ki, Özgür Ozan ekran işində Hüsnü obrazını canlandırır.

Serialın əsas rollarında Zafer Ergin, Özgür Ozan və İlker İnanoğlu kimi aktyorlar çəkiliblər. "Arka Sokaklar" serialı artıq 16 ildir ki, ekranlarda nümayiş olunur. 

 

BAKU.WS