ABŞ-də 106 yaşlı kişi orta məktəb diplomu alıb - VİDEO
ABŞ-də 106 yaşlı kişi orta məktəb diplomu alıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, diplom Karolinalı Fred Smallsa təqdim edilib. Mərasimdə 100-dən çox insan iştirak edib və kişi təhsil haqqında attestatla yanaşı, məktəbin fəxri fərmanını da alıb.
Bildirilib ki, təqaüdçü səkkizinci sinifdən sonra məktəbi yarımçıq qoyub, işə düzəlmək və ailəsini dolandırmaq üçün Vaşinqtona köçüb.
Smallsın nəvəsi Bardella Kinney bildirib ki, o, sevinir ki, babası nəhayət diplom alıb və bu hadisə şəhərin əsas xəbərinə çevrilib.
Qeyd edək ki, daha əvvəl ABŞ-də 90 yaşlı nənə universitetə daxil olduqdan 70 il sonra məzun olub. Həyat tərzi və qayğıları ona bütün həyatı boyu təhsilini başa vurmağa mane olmuşdu.
Il n'y a pas d'âge pour apprendre. Fred Smalls, 106 ans, achève ses études secondaires sous les applaudissements @Goodable pic.twitter.com/YVZRBiKhZx
— L'important (@Limportant_fr) February 21, 2024
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...