İzmirdə şiddətli leysandan sonra küçələri su basdı - FOTO/VİDEO

İzmirdə şiddətli leysandan sonra küçələri su basdı - FOTO/VİDEO
Foto Video
Siyasət 62

Türkiyənin İzmir şəhərinə yağan leysan yağışlar bir sıra fəsadlar törədib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, dünən axşam saatlarından yağmağa başlayan və gecə boyu davam edən güclü yağış həyatı iflic edib.

Səhər saatlarından güclənən yağış səbəbindən mərkəzi rayonlarda, xüsusilə Buca və Bornovada prospekt və küçələr göllərə çevrilib.

Şəhərdə yağan güclü yağış səbəbindən bəzi sakinlər avtobus dayanacaqlarına sığınıb, bir qadın corab və ayaqqabılarını çıxarıb, şalvarını qatlayıb, gölə çevrilmiş yolda addımlayıb və yoluna davam edib.

Son xəbərlər