Hindistandan Ermənistana raket satışı ilə bağlı yeni detallar bəlli olub
Hindistan yaxın bir neçə ay ərzində Ermənistana özünün “Akaş” zenit-raket komplekslərinin tədarükünə başlamaq niyyətindədir.
Bu barədə ANI agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Ermənistana çatdırılmaların yaxın bir neçə ay ərzində başlanması gözlənilir”, - deyə mənbə bildirib.
Agentliyin məlumatına görə, Ermənistan bu hava hücumundan müdafiə sistemlərini Hindistandan 600 milyon dollara alıb.
“Bir çox ölkə, o cümlədən Braziliya, Misir və Filippin “Akaş” hava hücumundan müdafiə sisteminə maraq göstərir”, - agentlik mənbədən sitat gətirib.
Qeyd edək ki, “Akaş” qısa mənzilli zenit-raket kompleksi Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı tərəfindən yaradılıb. Kompleksin ilk uğurlu sınaqları 2007-ci ilin dekabrında baş tutub. O vaxtdan bəri bir neçə yeni modifikasiya yaradılıb.//oxu.az
Oxşar xəbərlər
Bədənini sığortaladan MƏŞHURLAR - FOTO - SİYAHI
Adi insanlar avtomobil və ya evlərini sığortaladıqları halda dünya məşhurları bədənlərində ən dəyərli hesab etdikləri bədən üzvlərini sığortaladıblar. Həm də mi...