Türkiyədə nazirlik "Yargı" serialındakı səhnəyə etiraz etdi

Türkiyədə nazirlik Yargı serialındakı səhnəyə etiraz etdi
Siyasət 0

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi son bölümündə uşaqların psixologiyasına mənfi təsir göstərə biləcəyini əsas gətirərək “Yargı” serialı ilə bağlı Radio Televiziya Üst Şurasına (RTÜK) şikayət edib.

BAKU.WS xəbər verir ki, buna səbəb isə serialda nazirliyə məxsus uşaq evləri ilə bağlı tənqidi fikirlərin yer almasıdır.

"Nazirliyin tabeliyində olan uşaq tərbiyə müəssisələrində böyüyən azyaşlılar zorakılığa məruz qalıb, müəssisələrdə çalışan işçilər mütəşəkkil cinayətkar qrupların üzvü olmaqla onlara qarşı zorakılığa yol açıblar",-deyə filmdə fikirlər səsləndirilib.

Nazirlik bu iddianın milli-mənəvi dəyərlərə zidd hesab edib və uşaqların pisxoloji durumuna mənfi təsr qoyacağını açıqlayıb: "Nazirlik və övladlarımızın xidmətləri ilə bağlı neqativ mesajlar cəmiyyətdə hiddət yaradır və insanların vicdanını narahat edir".

Son xəbərlər