2023-cü ilin ən yaxşı təbiət şəkilləri - FOTO
"Nature's Best Photography (NBP)" 2023 mükafatları öz qaliblərini tapıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ilin ən yaxşı təbiət fotoşəkillərinin seçildiyi müsabiqədə təbiətin estetikasını və rəngarəngliyini ortaya qoyan 47 fotoşəkil "Ən yaxşı" kateqoriyasına layiq görülüb.
Unikal şəkillər vəhşi təbiətin heyrətamiz gözəlliyini vurğulayır.
Nominasiyalar üzrə sözügedən fotolardan bəzilərini təqdim edirik:
"Vəhşi təbiət"
Keniyanın Nanyuki Ol Pejeta qoruğunda üç ağ kərgədan şəklini çəkən Hektor D.Astorqa bu kateqoriyasının qalibi olub.
"Quş"
Bu kateqoriyada birinci yeri qazanan Endi Parkinson fotoya "Dilsiz qu quşları" deyir.
"Okean Mənzərəsi"
Havay adalarının Oahu bölgəsinin şimal sahilində çəkilmiş dalğa şəkli "Ən yaxşı okean mənzərəsi" kateqoriyasında birinci yerə layiq görülüb.
"Təbiətdə sənət"
Bu kateqoriyanın qalibi çexiyalı Petr Bambousek olub.
"Heyvan Etnikləri" kateoriyasının qalib fotosu
"İlin Gənc Fotoqrafı"
Kanadada ağ ayının şəklini çəkən 18 yaşlı Meline Ellvanger kateqoriyanın qalibi seçilib.
"Ərazi"
Arizona ştatının Sonoran səhrasındakı günəşin doğuş mənzərəsi "Ən yaxşı ərazi" kateqoriyasında birinci yerə layiq görülüb.
Honq-Konq Tan Hung Tsui "Qütb ayısı və balaları" fotosu ilə qalib olub.
"Açıq hava macərası"
"Sərhəddə" adlı fotoşəkili ilə kateqoriyanı qazanan Virgil Reglioni fotonu Cənubi İslandiyanın Vatnayökull bölgəsində çəkib.
"Mühafizə hekayəsi"
Nəsli kəsilməkdə olan İberiya vaşağının fotosunu çəkən Amit Eşel kateqoriyanın qalibi seçilib.
Oxşar xəbərlər
Havay adalarında yanğın davam edir - 67 ölü, yüzlərlə itkin var - FOTO
ABŞ-ın Havay ştatının ən böyük adalarından biri olan Mauidə davam edən yanğınlarda ölənlərin sayı 67-yə çatıb, yüzlərlə insan hələ də itkin sayılır. BAKU.WS xar...