Havay adalarında yanğın davam edir - 67 ölü, yüzlərlə itkin var - FOTO
ABŞ-ın Havay ştatının ən böyük adalarından biri olan Mauidə davam edən yanğınlarda ölənlərin sayı 67-yə çatıb, yüzlərlə insan hələ də itkin sayılır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Havay adalarının qubernatoru Coş Qrin bu gün mətbuata açıqlamasında yanğınları "ştat tarixindəki ən böyük təbii fəlakət" adlandırıb və Mauinin tarixi Lahaina şəhərinin 80 faizinin "dağıdıldığını" bildirib.
Qubernator Qrinin sözlərinə görə, təəssüf ki, ölənlərin sayı əhəmiyyətli dərəcədə arta bilər.
Məlumata görə, ərazidə azı 1700 ev yanıb.
ABŞ prezidenti Co Bayden region üçün "böyük fəlakət" vəziyyəti elan eedib. Federal hökumət xilasetmə əməliyyatlarına maliyyə dəstəyi verəcək.
Qalereya
Oxşar xəbərlər
Havay adalarında güclü meşə yanğınları - 36 nəfər həyatını itirib - VİDEO - YENİLƏNİB
Havay adalarının Maui adasında baş verən güclü meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 210...