SİZİN REKLAM BURADA!
055 213 76 73


Xarab olmuş yemiş ABŞ və Kanadada fəlakətə səbəb olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, salmonella epidemiyası səbəbiylə xarab yemiş yeyən 8 nəfər həyatını itirib, yüzlərlə insan xəstəxanalara yerləşdirilib.

Belə ki, 3-ü ABŞ-da, 5-i Kanadada olmaqla 8 nəfər xarab yemiş yediyinə görə ölüb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin CDC) verdiyi açıqlamada, noyabrın ortalarından bəri ümumilikdə 38 ştatda 230 nəfərin salmonella virusundan əziyyət çəkdiyi bildirilib.

Açıqlamada xəstələrdən 96-nın xəstəxanaya yerləşdirildiyi, 3 nəfərin dünyasını dəyişdiyi qeyd edilib. Kanada səhiyyə rəsmiləri həmçinin ölkədə 129 salmonella hadisəsi olduğunu və xəstəxanaya yerləşdirilən 44 nəfərdən 5-nin öldüyünü açıqlayıb.

Salmonellanın simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir. Əksər hallarda simptomlar bir neçə gün ərzində yox olsa da, xüsusilə gənclərin və immun sistemi zəif olanların xəstəxanaya yerləşdirilməsinə ehtiyac ola bilər.

BAKU.WS