Rusiyada prezident seçkisi üç gün davam edə bilər
Rusiyada prezident seçkisinin keçiriləcəyi tarix məlum olub.
Bununla əlaqədar Rusiya Federal Məclisinin Federasiya Şurası qərar qəbul edib.
Qərara əsasən, Rusiyada növbəti prezident seçkisi gələn il martın 17-də keçiriləcək.
Həmçinin, Rusiyada prezident seçkisi üç gün davam edə bilər.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Ella Pamfilova Federasiya Şurasının iclasında məlumat verib.
Onun sözlərinə görə, seçki martın 15, 16 və 17-də keçirilə bilər. MSK müvafiq qərar layihəsinə dekabrın 8-də baxacaq.
Pamfilova qeyd edib ki, üç günlük səsvermə tələbi Rusiya vətəndaşlarından gəlib.//oxu.az
Oxşar xəbərlər
Türkiyə MSK açıqladı: Ərdoğan prezident seçildi - YENİLƏNİR + FOTO-VİDEO
Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib. O, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın p...