Yəmənin husi üsyançıları Britaniya gəmisinə hücum edib

Yəmənin husi üsyançıları Britaniya gəmisinə hücum edib
Siyasət 3

Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları Babül-Məndəb boğazında Böyük Britaniyanın ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edib.

“Report” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Gəminin Britaniya bayrağı altında üzdüyü və ekipajının da Böyük Britaniya vətəndaşları olduğu qeyd edilir. Mənbələrə görə, Amerika və İsrail hərbi gəmiləri hücumu dəf edib.

Kanal hücumun dəqiq nə vaxt baş verdiyini açıqlamır.

Son xəbərlər