Britaniya İrandan qaçaqmalçılıq yolu ilə gətirilən silahları müsadirə edib
Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri fevral ayında Oman körfəzinin beynəlxalq sularında İran silahlarının qaçaqmalçılığı ilə məşğul olan gəmini saxlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Gecə saatlarında yüksək sürətlə hərəkət edən gəmi ABŞ-ın kəşfiyyat təyyarəsi və PUA-sı tərəfindən aşkarlanıb. Qaçaqmalçılar İranın ərazi sularında gizlənməyə çalışsa da, Britaniyanın hərbi gəmiləri tərəfindən saxlanılıb.
Gəminin göyərtəsində aşkarlanan silahların arasında tank əleyhinə idarəolunan raketlər və orta mənzilli ballistik raketlərin istehsalında istifadə edilən detalları olduğu bildirilib.
"Lancaster" gəmisi tərəfindən həyata keçirilən bu əməliyyat və Britaniya Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində daimi mövcudluğu beynəlxalq hüququn təminatına zəmanət verir və bütün dünyada sülhə və təhlükəsizliyə təhdidlərin qarşısını almağa kömək edir", - Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
Qeyd olunur ki, Böyük Britaniyanın hərbi gəmiləri ötən il də İran silahlarının qaçaqmalçılığı ilə məşğul olan iki gəmini saxlamışdı.
Oxşar xəbərlər
"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb" - RƏY - FOTO
"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb". BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Onun...