Çexiyada yük qatarları toqquşub, xəsarət alan var

03
dek
2023
22:33
Çexiyanın şərqindəki Pardubitse bölgəsindəki Ceska Trebova şəhəri yaxınlığında iki yük qatarı toqquşub, bir nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Pardubiçe vilayətinin yanğınsöndürmə və xilasetmə xidməti öz saytında məlumat yayıb.
Toqquşma nəticəsində altı yük vaqonu relsdən çıxıb.
Dəymiş zərər azı 150 milyon kron (təxminən 7 milyon dollar) qiymətləndirilir.
Hadisəyə səbəb qatarlardan birinin maşinistinin diqqətsizliyi və texniki dəmir yolu xəttinə çıxması olub.
Oxşar xəbərlər
Rusiyada dəmir yolu xətti yenidən partladılıb
Rusiyanın Bryansk vilayətində naməlum şəxslər yenidən dəmir yolu xəttini partladıb. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə RBC və “112” teleqram...
