Qazaxıstanda qatar qəzası - 19 vaqon relsdən çıxdı - FOTO/VİDEO

Qazaxıstanın Karaqanda vilayətində taxıl daşıyan yük qatarının 19 vaqonu relsdən çıxıb.
BAKU.WS Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Karaqanda-Akadır xəttində 19 vaqon relsdən çıxıb.
"Dekabrın 28-də səhər saat 7:45-də Karaqanda-Akadır xəttinin Karabas stansiyasında yük qatarında 19 vaqon relsdən çıxıb. Ölən və xəsarət alan olmayıb", - deyə dəmir yolu şirkətdən bildirilib.
İlkin məlumatlara görə, qəza fərdi sahibkara məxsus birinci taxıldaşıyan vaqonun təkər dəstinin tıxanması nəticəsində baş verib.
Baş verən qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
Qalereya

Oxşar xəbərlər
İranda qatar relsdən çıxıb - 17 nəfər ölüb - FOTO
Bu gün səhər saatlarında İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 17 nəfərə yüksə...