SİZİN REKLAM BURADA!
055 213 76 73


Dilan Polatın 2019-cu ildə paylaşdığı və sosial mediada “çempionlar liqası” adlandırdığı fotoda Eylül Öztürk də daxil olmaqla 12 nəfərin bütün mal varlığı müsadirə edilib.

Bir müddət əvvəl xaricə köçən Öztürk susqunluğunu pozub.

BAKU.WS xəbər verir ki, o sosial şəbəkə hesabında açıqlama verərək müsadirə edilən əmlak və iş yerlərində çalışan işçilərin çətin vəziyyətə düşdüyünü dilə gətirib.

“Əziz dostlar, hazırkı məsələ ilə bağlı kiçik bir açıqlama vermək istəyirəm. Burada artıq saat 3-dür və mən yata bilmirəm. Bildiyiniz kimi, bir foto çərçivəyə əsaslanaraq, o fotoda olan hər kəsə qarşı istintaq başlatmaq ictimaiyyətin gündəminə gətirildi və təbii olaraq, bu araşdırma sonradan başladıldı. Proseslə maraqlananlar üçün dərhal izah edim; Vəkilimin təqdim etdiyi fikir ondan ibarətdir ki, şübhəlilərin sayından və əhatə dairəsindən asılı olaraq bu istintaq uzun müddət davam edəcək. Amma mən sizinlə ayrıca bir məqamı bölüşmək istəyirəm.

Məlum olduğu kimi, məhkəmənin yekun qərarı olmadan heç kim təqsirli bilinə bilməsə də, mətbuatda gedən xəbərlər sanki bizə qarşı ittiham hökmü varmış kimi çıxış edir. Bu mənim üçün çox çətin bir prosesdir. Bir anlıq özünüzü mənim yerimə qoyun. Mən həqiqətən düşmənimin bunları yaşamasını istəməzdim”.

“İnanın, bu xəbərlər və yazılar məni və ailəmin hər bir üzvünü dərindən təsirləndirir. Maddi və mənəvi itkilər veririk. Eynilə, şirkət daxilində çalışan çox dəyərli həmkarlarım, ad hüququ verdiyimiz başqa şəxslərə aid bizneslər də hazırkı vəziyyətdən ziyan görür. Təəssüf ki, şirkətimizin filiallarında çalışan işçilər də bu vəziyyətdən çox təsirlənir və şirkətlər də maddi itkilərə məruz qalırlar".

BAKU.WS
QALEREYA