Dilan Polatın 15 şirkətinə BASQIN EDİLDİ - TELEFONLARINA ƏL QOYULACAQ - VİDEO
Lüks yaşayış tərzi ilə gündəmdən düşməyən Dilan Polatın və həyat yoldaşı Engin Polatın mal-mülkü müsadirə edildikdən sonra xaricə çıxışlarına da qadağa qoyuldu.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sabah isə Dilana aid 15 şirkətə basqın edilib.
Cütlüyün telefonları da daxil olmaqla onlara aid onlara aid bütün elektronik avandlıqlara da əl qoyulacaq.
Xatırldaq ki, Dilan Polat və həyat yoldaşı Engin Polatın çirkli pulların yuyulması və vergidən yayınma iddiaları ilə əmlaklarının müsadirə edilməsinə qərar verilib. Bundan başqa, onun birinci və ikinci dərəcəli qohumlarının da əmlakı müsadirə edilib. Xaricə çıxışı da qadağan edilən cütlüklə bağlı Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) hesabatı da üzə çıxıb. Hesabatda şirkətlər arasında şübhəli münasibətlərin olduğu və neylon hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışdıqları da qeyd olunub.
Oxşar xəbərlər
Dilan Polat və ərinin bütün mal-mülkü əlindən alındı, xaricə çıxışılarına qadağa qoyuldu - FOTO
Türkiyəli sosial media fenomeni Dilan Polat həyat və yolaşı Enginin Polatın bütün mülkləri müsadirə edilib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, cüt...