SİZİN REKLAM BURADA!
055 213 76 73


Avstraliyalı qadın hamamında zəhərli ilan tapıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "UPI" nəşri yazır.

Sürünən onu elə qorxudub ki, mütəxəssis çağırmağa məcbur olub.

Qadın vanna otağının tərəzisinin altında zəhərli Şərq qəhvəyi ilanı tapdığını söyləyib.

İlanın kiçik olmasına baxmayaraq, qadın ona əli ilə toxunmamaq qərarına gəlib və mütəxəssis çağırıb.

Gələnlər sürünəni tutaraq onu evlərdən təhlükəsiz məsafədə yenidən vəhşi təbiətə buraxıb.

Avstraliyalı qadın ilanı vaxtında gördüyünə və onun üzərinə basmadığına görə sevinir

Əks halda ciddi xəsarət ala bilərdi.

BAKU.WS