Hindistanda biznesmen kobra ilanla öldürüldü - FOTO

Hindistanda ağlasığmaz qətl hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, Haldvani şəhərində 30 yaşlı iş adamı kobra ilanı ilə öldürülüb.
Məlumata görə, hadisə 5 nəfər tərəfindən təşkil edilib.
Onların arasında iş adamının sevgilisi və ilan təlimçisi də var. Şübhəlilərdən 4-ü qaçıb. İlan təlimçisi isə saxlanılıb.
"Hindistan Times" qəzetinin məlumatına görə, iş adamının cəsədi evindən uzaqda tapılıb.
Polis onun ayağında ilan sancmasının olduğunu müşahidə edib.
Məlum olub ki, Ankit Çauhanı adlı iş adamının sevgilisi və 3 nəfər ilan təlimçisi ilə razılaşaraq onu öldürüblər.
Hadisənin səbəbləri araşdırılır. Şübhəlilərin axtarışları davam edir.
Kobra ilanı ilə törədilən qətl ölkədə gündəm olub.
Qalereya
Oxşar xəbərlər
85 milyon insanın şəxsi məlumatlarını ələ keçirib satan dəstə ifşa edilib
Türkiyənin 11 vilayətində hakerlərə qarşı "Qalxan" adlı əməliyyat keçirilib, 20 şübhəli saxlanılıb. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət...
