Dünya gözəlləri podiumda bir araya gələcək - FOTO

Məşhur top modelləri podiuma çıxararaq dünyaca məşhur moda nümayişlərinə imza atan "Dosso Dossi Fashion Show" bu dəfə qeydiyyatdan keçmiş gözəlləri bir araya gətirir.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Dekabrın 15-də Antalyada keçiriləcək moda nümayişində "Miss Brazilya" Maria Breşan və "Miss Turkey" Nursena Say podiuma çıxacaqlar.
"Nest Convention Center"də iki min xüsusi qonağın izləyəcəyi moda nümayişi gözəllər paradına səhnə olacaq.
70 modelin iştirakı ilə keçiriləcək böyük dəfilənin aparıcı modeli "Victoria's Secret"in məşhur simalarından olan norveçli Frida Asen olacaq.
Breşan və Say türk tekstil məhsullarının 2024-cü ilin yaz-yay kolleksiyalarının nümayiş olunacağı podiumda hər biri dörd paltar geyinəcək.
Fotoda Maria Breşan

Fotoda Nursena Say

Fotoda Frida Asen

Oxşar xəbərlər
90-cı illərin modelləri EYNİ PODİUMDA - FOTO
Türkiyədə 90-cı illərin məşhur modelləri ilk dəfə eyni podiuma çıxıblar. BAKU.WS xəbər verir ki, İzmir Sənaye və Ticarət firmaları (İZFAŞ) və Egey Geyim və Sə...
