İsrail Dəməşq hava limanına hücum edib
26
noy
2023
23:38
İsrail hərbçiləri Dəməşq beynəlxalq hava limanının uçuş-enmə zolağına zərbələr endirib.
Bu barədə Suriya hökumətinin radiostansiyası məlumat yayıb.
Verilən məlumata görə, bütün müntəzəm reyslər Hələb və Latakiya hava limanlarına köçürülüb. Zərbələr nəticəsində dəymiş ziyanın həcmi hələ müəyyən edilməyib.
Xatırladaq ki, daha əvvəl radio Dəməşq ətrafında yerləşən Mezze və Muadamiya rayonlarında partlayışlar baş verdiyini xəbər vermişdi.//oxu.az
Oxşar xəbərlər
İsrail Hələb hava limanına aviazərbə endirib - VİDEO
Suriya Müdafiə Nazirliyi martın 22-də səhər tezdən İsrailin Hələb hava limanına aviazərbə endirdiyini elan edib. Qeyd olunur ki, bu, hava limanına bu ay ikinci,...