SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail hərbçiləri Qəzza zolağında humanitar atəşkəs qüvvəyə minməzdən əvvəl gedən döyüşlər zamanı Fələstin anklavında hökmranlıq edən HƏMAS radikal təşkilatının beş yüksək rütbəli komandirini havadan məhv edib.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

"Atəşkəs qüvvəyə minməzdən əvvəl Qəzza zolağında gedən döyüşlər zamanı SAXAL-ın aviasiyası kəşfiyyat məlumatlarına əsasən, Qəzza zolağında HƏMAS terror təşkilatının beş yüksək rütbəli komandirini məhv edib", - deyə məlumatda bildirilir.

HƏMAS-ın məhv edilən yüksək rütbəli üzvləri arasında HƏMAS-ın Şimal Briqadasının komandiri Əhməd əl-Qandur və onun müavini Vael Rəcəb, radikalların raket qüvvələrinin rəhbəri Ayman Siyam, Qəzza şəhəri briqadasının komandiri Rafaat Salman və HƏMAS komitəsinin yüksək rütbəli nümayəndəsi olan Tulkərm Farsan Xəlifənin adları da çəkilib.

BAKU.WS