Qətər XİN 39 fələstinli məhbusun İsraildən azad edildiyini təsdiqləyib
24
noy
2023
23:55
Qətər Xarici İşlər Nazirliyi atəşkəs razılaşması çərçivəsində 39 fələstinli məhbusun İsraildən azad edildiyini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə idarənin nümayəndəsi Məcid əl-Ənsari sosial şəbəkədə bildirib.
“Biz həmçinin razılaşmanın ilk gününün öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşağın azad edilməsini təsdiq edirik”, – Əl-Ənsari bildirib.
Oxşar xəbərlər
"Əl-Qəssam" döyüşçüləri ilə SAXAL arasında küçə döyüşlərindən REAL KADRLAR - VİDEO
Fələstinin HƏMAS təşkilatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam" briqadası Qəzzada İsrail hərbi texnikalarını hədəf alan görüntülər paylaşıb. BAKU.WS xəbər...