SİZİN REKLAM BURADA!
055 213 76 73


Fələstinin radikal HƏMAS hərəkatının azad etməyə hazır olduğu girovların siyahısı İsrail tərəfinə ötürülüb.

“Report” xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.

Bundan əvvəl HƏMAS-ın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk Qətərin “Al Jazeera” telekanalına müsahibəsində azad ediləcək 50 girovun əksəriyyətinin xarici vətəndaşlar olduğunu bildirmişdi.

Sərbəst buraxılanlar əvvəlcə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil veriləcək, onlar da öz növbəsində onları Misirə təhvil verəcək.

BAKU.WS