Ərdoğan: “Türkiyə və Qətər HƏMAS-la İsrail arasında girov mübadiləsi üçün işləri davam etdirir”

21
noy
2023
22:32
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərlə birlikdə Fələstinin HƏMAS radikal hərəkatı ilə İsrail arasında girovların mübadiləsini təşkil etmək üçün intensiv iş aparmağa davam etdiyini bildirib.
Bu barədə “Report” TRT telekanalına istinadən xəbər verir.
“Girovların mübadiləsi məsələsinə gəlincə, Türkiyə Xarici İşlər Nazirliyi (XİN) və Milli Kəşfiyyat Təşkilatı (MİT) Qətərlə birgə işləməyə davam edir. Biz bu məsələdə ən qısa zamanda nəticə əldə etmək istəyirik”, - Ərdoğan səfərdə olduğu Əlcəzairdə keçirilən mətbuat konfransında deyib.
Oxşar xəbərlər
İsrail HƏMAS arasında atəşkəs elan edilir, girovların azad olunmasına başlanılır
İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilir. "Report" xəbər verir ki, bu barədə “Al Shark” qəzeti məlumat yayıb. Bildirilir ki, atəşkəs beş g...
